Fransanın "Le Parisien" qəzeti PSJ klubunun oyunçu müqavilələrinə əlavə etdiyi xüsusi maddələri açıqlayıb.
Qol.Az-ın xəbrinə görə, qəzetin təqdim etdiyi yazıda klubun futbolçulara ağır qaydalar tətbiq etdiyi məlum olub.
Belə ki, klub oyunçuların şəxsi həyatında bir çox məsələlərdə qadağalar qoyub. Qaydalar yerinə yetirilmədiyi təqdirdə isə onlar rəhbərlik tərəfindən pulla cəzalandırılır.
Tətbiq edilən qadağalar bunlardan ibarətdir:
Media
Oyunçular klub mediasının bütün suallarına, istəklərinə nə olursa-olsun cavab vermək məcburiyyətindədir. Onlar həmçinin münaqişələrdən uzaq olub klub rəhbərliyi, məşqçilər heyəti barədə mənfi fikirlər bildirməməlidir.
Azarkeşlər
Oyunçular hər şəraitdə azarkeşlərə hörmətlə yanaşmalıdırlar. PSJ futbolçuları bundan başqa, azarkeşlər istədiyi təqdirdə onlara vaxt ayırmalıdırlar.
Geyim
Komandanın futbolçuları rəsmi, hazırlıq matçları, məşqlərdə qapıçı əlcəkləri və ayaqqabılardan başqa geyimlərində klubun sponsporu "Nike"dan istifadə etməlidir. Rəsmi mərasimlərdə isə "Berluti"nin geyimlərindən istifadə olunmalıdır.
Mərc
Oyunçular klubun iştirak etdiyi çempionatlarda mərc oyunları oynaya bilməzlər.
Təhlükəli işlər
PSJ futbolçuları klubun matç və məşqlərindən başqa rəhbərlikdən icazə almadan futbol oynaya bilməzlər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?