Ronaldonun "Real"dakı qazancı dəqiqləşdi

Ronaldonun "Real"dakı qazancı dəqiqləşdi
XƏBƏR 17 Sentyabr 2013 / 13:27 3927
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun illik qazancı dəqiqləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Madrid klubu ilə yeni beş illik müqavilə imzalayan portuqaliyalı hücumçunun illik 21 milyon avro qazanacağı bildirilmişdi.

Ancaq "Mundo Deportivo" qəzetinin bu günkü xəbərinə görə, oyunçunun gəliri bununla bitməyəcək. Ronaldo reklam razılaşmaları, imic haqları, bonuslar və əlavə qazancla bir il ərzində 41 milyon avro qazanacaq.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner