"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına start verdi

"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 16 Sentyabr 2013 / 17:40 1834
-  A +

Topaz Premyer Liqanın VII turunda "Simurq"la qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarına start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov "Rəvan"la baş tutan sonuncu oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi.
 
Bu gün "Qarabağ"da günün çalışması Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. Sabaha komandanın 2 məşqi var.

Qeyd edək ki, "Qarabağ" - "Simurq" matçı sentyabrın 21-də baş tutacaq.   

Qarabağ FK
Son xəbərlər
topaz banner