Topaz Premyer Liqasının 6-ci turunun "Rəvan” – "Qarabağ” oyunu komandanın baş məşqçisi Vladislav Qədirov üçün yubileylə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxıb.
Ümumiyyətlə, bu 100 oyunda baş məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə heç-heçə qeydə alınıb. Qədirov "Rəvan”da 45-ci oyununu keçirib. Yubileyi "sülh”lə qeyd edən V.Qədirov komandada 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan”ı 2011-ci ildə Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ"la son tur matçına təsadüf edib.
Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb: "100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəttə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odur ki, uşaqlar atıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?