Van Persi: "Uzun müddət "Mançester Yunayted"də qalmaq istəyirəm"

Van Persi: "Uzun müddət "Mançester Yunayted"də qalmaq istəyirəm"
XƏBƏR 16 Sentyabr 2013 / 13:22 1770
-  A +

"Mançester Yunayted"in futbolçusu Robin Van Persi uzun müddət hazırki klubunun formasını geyinmək istəyir.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi televiziya kanalına danışan hollandiyalı hücumçu  komandası ilə müqaviləni yeniləmək istədiyini bildirib:

"Burada üç illik müqaviləm var. Ancaq daha uzun müddət burada qalmaq istəyirəm. Məqsədim ən yüksək səviyyədə oynaya bildiyim qədər çoxlu kuboklar qazanmaqdır".

Qeyd edək ki, 30 yaşlı oyunçu 2012-ci ildə "Arsenal"dan "MY"a transfer olunub.

Qarabağ FK
Son xəbərlər
topaz banner