Subaşiçin qolu "Orduspor"a qələbə qazandırdı

Subaşiçin qolu "Orduspor"a qələbə qazandırdı
XƏBƏR 16 Sentyabr 2013 / 03:05 2599
-  A +

Türkiyə I liqasında növbəti turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Branimir Subaşiçin çıxış etdiyi  "Orduspor" səfərdə "Karşıyaka"nın qonağı olub.

Baş məşqçi Erkan Sözeri Subaşiçi start heyətdə meydana buraxıb. Millimizin üzvü isə ona bəslənən etimadı doğruldub. O, görüşün 22-ci dəqiqəsində hesabı açıb. Bu, görüşdə vurlunan yeganə qol olub və "Orduspor" minimal hesabla qalib gəlib.

Qeyd edək ki, "Orduspor" hazırda 7 xalla 3-cü pillədə yer alıb.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner