"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo bu gün klubu ilə beş illik yeni müqavilə imzalayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu imzalanma mərasimində bunları deyib: " Burada oynamaq mənim üçün çox yaxşıdı. Bu forma ilə bütün gücümü göstərməyə davam edəcəm. Çox xoşbəxtəm. "Real"da oynadığım dörd il ərzində gözəl xatirələrim oldu. Bu müqavilə üçün mövsümün sonundan razılığa gəlmişdik. Həm mən, həm də klub bu barədə çox istəkli idik".
Azarkeşlərə təşəkkür edən Ronaldo onlar üçün klubda qaldığını bildirib: " Azarkeşlərə, komanda yoldaşlarıma, məşqçi heyətinə təşəkkürümü bildirirəm. Azarkeşlər üçün qalıram. Karyeramın sonuna qədər burada oynaya bilərəm. Pul önəmli deyil. Əsas komandaya etdiyim köməkdi".
Qeyd edək ki, ulduz futbolçunun bu müqavilə ilə 17 milyon avro qazanacağı bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?