"Qarabağ"la oyunda iki xal itirdik"

"Qarabağ"la oyunda iki xal itirdik"
XƏBƏR 15 Sentyabr 2013 / 13:13 2177
-  A +

"Qarabağ”ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik. Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın yeni transferi Sebastyan Kastro-Telyo Topaz Premyer Liqanın VI turunda "Qarabağ"la oyun (1:1) haqda danışarkən klubun rəsmi saytına deyib.

O, güclü rəqiblə qarşılaşmalarına baxmayaraq, nəticəni komandası üçü iki xal itkisi kimi qiymətləndirib: "Düzdür, onların qol imkanları çox oldu. Ancaq əsas nəticədir. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq”.

Komandasının yeganə qolunu vuran çilili yarımmüdafiəçi getdikcə "Rəvan"ın oyunlarında inkişaf olduğunu bildirib: "Nəticələrimə görə sevinirəm. Amma əsas olan şey komandanın qələbə qazanmasıdır. Düzdür, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner