"Roma" Totti ilə 40 yaşınadək müqavilə bağladı

"Roma" Totti ilə 40 yaşınadək müqavilə bağladı
XƏBƏR 15 Sentyabr 2013 / 00:34 1928
-  A +

İtaliyanın “Roma” futbol komandasının kapitanı Françesko Totti klubla müqaviləsini uzadıb.

Paytaxt klubu 37 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.
 
Tottinin illik əmək haqqı 3,2 milyon avro təşkil edəcək. Karyerasını başa vurduqdan sonra isə ona 5 il müddətinə klubun səfiri vəzifəsi təklif ediləcək.
 
Qeyd edək ki, Françesko Totti yalnız peşəkar futbolçu karyerasına 1992-ci ildə başladığı “Roma”da çıxış edib. O, 535 oyuna 227 qol vurub (Lent.az).

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner