Venger: "Özillə əvvəlki gücümüzü qaytardıq"

Venger: "Özillə əvvəlki gücümüzü qaytardıq"
XƏBƏR 14 Sentyabr 2013 / 12:41 2681
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger yeni transferləri Məsut Özil haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında alman yarımmüdafiəçini hollandiyalı əfsanə Dennis Berkampa bənzədib:

"İkisi də eyni mövqedə oynayırdı və böyük klublarda forma geymələrinin ardından bizə gəldilər. İkisi də böyük futbolçulardır".

Venger Özilin transferinə 50 milyon avro ödəmələrinə də münasibət bildirib: "Mənim bəzən çox pul xərclədiyimi deyirlər. Ancaq onun transferi ilə əvvəlki gücümüzü qaytardıq. Hər kəs kimi biz də iddialıyıq".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner