"Mourinyonun komandasında oynamayacağıma and içmişdim"

"Mourinyonun komandasında oynamayacağıma and içmişdim"
XƏBƏR 13 Sentyabr 2013 / 17:35 4444
-  A +

"Çelsi"nin yeni transferi Samuel Eto'O baş məşqçisi Joze Mourinyo haqqında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, "The Sun"a danışan kamerunlu hücumçu portuqaliyalı mütəxəssislə "İnter"də çalışmadan öncə onun komandasında heç vaxt oynamayacağı ilə bağlı söz verdiyini etiraf edib:

"Mourinyonun əvvəllər necə bir insan olduğunu bilmirdim və buna görə də münasibətlərimiz heç də yaxşı deyildi. Hələ bir dəfə onun baş məşqçi olduğu klubda heç vaxt oynamayacağıma dair and içmişdim".

Eto'O bildirib ki, Jozenin tanıdıqdan sonra ona qarşı münasibəti tamamilə dəyişib: "Allah hər şeyin ən yaxşısını bilir və mənə səhv etdiyimi göstərdi. Bu gün Mourinyo ilə dostuq və o, mənim yenidən baş məşqçim oldu".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner