Oliver Kan: "Barselona" dövrü keçdi"

Oliver Kan: "Barselona" dövrü keçdi"
XƏBƏR 13 Sentyabr 2013 / 15:55 3729
-  A +

"Bavariya" klubunun əfsanəvi qapıçısı Oliver Kan maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, "TV Movie"yə danışan alman qolkiper artıq Bundesliqa klublarının daha güclü olduğunu deyib:

"Barselona" dövrü keçdi. Bir alman klubunun qorxacağı Avropa komandası daha mövcüd deyil. "Bavariya"nın uğurları yeni dövrün başladığının bir işarəsidir. Qvardiola onları zirvədə saxlayacaq".

Qeyd edək ki, Münhen təmsilçisi ötən mövsüm Çempionlar Liqasını, Bundesliqanı, Almaniya kubokunu və UEFA Superkubokunu qazanıb.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner