"Qəbələ" Bakıya sabah gəlir

XƏBƏR 13 Sentyabr 2013 / 15:34 1615
-  A +

Sentyabrın 15-də Topaz Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL - "Qəbələ" görüşünün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" bu gün axşam məşqi ilə doğma məkanda oyunöncəsi hazırlıqlara yekun vuracaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah səhər saatlarında komanda paytaxta yola düşəcək.

"Qəbələ" qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə - məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.

Xatırladaq ki, matç sentyabrın 15-də, saat 18:00-da start götürəcək və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner