Kaka: "Beş qola ehtiyacım var"

Kaka: "Beş qola ehtiyacım var"
XƏBƏR 13 Sentyabr 2013 / 15:32 2665
-  A +

Dörd ildən sonra yenidən "Milan"a qayıdan Kaka hazırkı klubundakı hədəfləri haqqında danışıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi əsas məqsədinin komandadakı qollarının sayını 100-ə çatdırmaq olduğunu deyib:

"2003-2009-cu illər arasında 95 qol vurmuşam. Buradakı əsas hədəfim bu sayı 100-ə qaldırmaqdır. Bunun üçün 5 qola ehtiyacım var. Ümid edirəm ki. bundan da artığını vuracam. Həmçinin dünya çempionatında Braziliya formasını geymək istəyirəm".

Qeyd edək ki, Kakanın bu həftəsonu "Torino" ilə oyunda iştirak edəcəyi gözlənilir.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner