Topaz Premyer Liqasının VI turunun “İnter”lə oyunu “Neftçi” üçün əlamətdar olub.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 3:1 hesablı qələbə qazanan “ağ-qaralar”ın qarşılaşmadakı 3-cü qolunun “Neftçi” üçün tarixi əhəmiyyəti var.
Belə ki, 1992-ci ildən indiyədək bütün Azərbaycan çempionatlarında yüksək liqada mübarizə aparan “Neftçi” cari mövsümün startına qədər 1090 qol vurmuşdu. “İnter”lə matçda sonuncu, mövsümdə isə 10-cu olan qol klubun çempionatlar tarixində yubiley - 1100-cü qolu olub.
Tarixi qol maraqlı alınıb. Penalti zərbəsi qazanıldıqdan sonra Flavinyo fərqlənmək imkanını yeni klubunda qol hesabını açmayan Melvin Platyeyə verdi. Hollandiyalı hücumçunun yerinə yetirdiyi 11 metrlik zərbə ilə “ağ-qaralar” 11-ci “100-lüy”ü tamamladı. Platye həm yubiley qolunun müəllifi, həm də komandada qol vuranların siyahısına düşməklə adını tarixə yazdırdı.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları
Mövsüm Vurulan top Buraxılan top +:- -:+ Vurub Buraxıb
1992 104 23 (2) - 104 23
1993 39 11 1 - 36 11
1993/94 37 35 - 8 37 11
1994/95 63 14 1 - 60 14
1995/96, 1-ci mərhələ 42 17 - - 42 17
1995/96, 2-ci mərhələ 18 12 - - 18 12
1996/97 98 20 - - 98 20
1997/98 43 23 2 - 37 23
1998/99, 1-ci mərhələ 57 18 1 - 54 18
1998/99, 2-ci mərhələ 11 7 - - 11 7
1999/2000 35 17 - 1 35 14
2000/01 57 12 2 - 51 12
2001/02, 1-ci mərhələ 34 7 - - 34 7
2001/02, 2-ci mərhələ 1 0 - - 1 0
2003/04 65 15 1 - 62 15
2004/05 54 19 1 - 51 19
2005/06 51 16 - - 51 16
2006/07 47 15 - - 47 15
2007/08 42 18 1 - 39 18
2008/09 30 21 - - 30 21
2009/10, 1-ci mərhələ 20 14 - - 20 14
2009/10, 2-ci mərhələ 5 6 - - 5 6
2010/11 53 17 - - 53 17
2011/12 55 30 - - 55 30
2012/13 59 32 - - 59 32
2013/14 10 5 - - 10 5
1130 424 10+(2) 9 1100 397
Qeyd: mövsümdən sonrakı ilk 2 sütunda turnir cədvəlində əks olunan topların sayı göstərilib. Burada texniki nəticələr də əksini tapıb. Növbəti 2 sütunda texniki nəticələr qeyd olunub. 1992-ci ildə qeydə alınan 2 texniki qələbə turnir cədvəlində də yazılmayıb. Son 2 sütunda isə vurulan və buraxılan qolların real sayı əks olunub. Bundan başqa çempionatlar ərzində nəticəsi ləğv olunan matçların heç biri qeydə alınmayıb. Yarımçıq qalan 2001/02 mövsümünün nəticələri nəzərə alınıb.
“Neftçi”nin tarixi qolları
Tarix oyun Futbolçu
1 08.05.1992 Neftçi – Xəzər Sumqayıt Yunis Hüseynov
100 13.10.1992 İnşaatçı Sabirabad - Neftçi Samir Ələkbərov
200 22.10.1994 Xəzər Lənkəran – Neftçi Mais Əzimov
300 18.09.1996 Fərid - Neftçi Yaşar Vahabzadə
400 27.09.1997 Neftçi – Dinamo Qurban Qurbanov
500 31.10.1999 Neftçi – Kəpəz Aleksey Stukas
600 25.11.2001 Xəzər Universiteti – Neftçi Vadim Vasilyev
700 13.12.2004 Neftçi – Kəpəz Stenli Udenkvor
800 10.11.2006 Bakı - Neftçi Aqil Məmmədov
900 22.08.2009 Neftçi - Turan Adrian Neaqa
1000 04.12.2011 Neftçi - Simurq Araz Abdullayev
1100 12.09.2013 Neftçi - İnter Melvin Platye
Qeyd edək ki, “İnter” üzərində qələbə “Neftçi” üçün daha bir yubileylə əlamətdar olub. Azərbaycanın ən titullu klubu ölkə çempionatlarında 200-cü ev qələbəsini qazanıb. 21 illik milli çempionatlar tarixində 291-ci qarşılaşmasına çıxan komanda bu matçadək 199 dəfə qonaqları xalsız qoymuşdu. Öz meydanında 62 heç-heçə edən və 29 dəfə uduzan “Neftçi” 200-cü qələbəsini “İnter”lə görüşdə qeyd edib. Cari mövsümədək 197 dəfə ev qələbəsi qazanan “Neftçi” öz meydanındakı ardıcıl 3-cü matçda 3 xal qazanmaqla buna nail olub. Bakılılar çempionatda öz meydanında ən çox qələbə qazanan komandadır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı