“Real”ın məşqçiləri “Qalatasaray”ın oyununda

“Real”ın məşqçiləri “Qalatasaray”ın oyununda
XƏBƏR 13 Sentyabr 2013 / 13:09 2427
-  A +

"Qalatasaray"ın bu gün Türkiyə superliqasında "Antalyaspor"la oynayacağı matçı "Real"ın məşqçiləri izləyəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti Çempionlar Liqasında sentyabrın 17-i baş tutacaq "Qalatasaray"la oyun öncəsi köməkçilərini Türkiyəyə göndərib. İstanbul təmsilçisinin zəif və güclü tərəflərinə diqqət yetirəcək məşqçilər daha sonra yazdığı qeydləri italiyalı mütəxəssisə təqdim edəcək.

Qeyd edək ki, ötən mövsüm "Real"ın sabiq məşqçisi Joze Mourinyo Ançelottidən fərqli olaraq, ÇL-də "Qalatasaray"la matçdan əvvəl rəqibin oyununu izləmək üçün özü Türkiyəyə getmişdi.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner