"Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Nizami Hacıyev Topaz Premyer Liqanın VI turunda AZAL-la oyunöncəsi klubun rəsmi saytına açıqlamasında deyib.
O, AZAL-ın güclü komanda olduğunu, lakin "Qəbələ"nin rəqibdən çəkinmədiyini deyib:
"AZAL 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edir. Bu onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun distiplinini sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslübumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempion olmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq".
Qeyd edək ki, AZAL - "Qəbələ" matçı sentyabrın 15-i saat 18:00-da başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?