“Bakı”nın futbolçuları baş məşqçisiz qaldı

“Bakı”nın futbolçuları baş məşqçisiz qaldı
XƏBƏR 13 Sentyabr 2013 / 11:00 2143
-  A +

Litva Futbol Federasiyası (FFL) milli komandanın baş məşqçisi Çobo Laslo ilə müqavilənin pozulduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.
 
Rumıniyada doğulmuş macarıstanlı mütəxəssis Litva yığmasının sükanı arxasına 2012-ci ilin yanvarında keçib.2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində litvalılar Lixtenşteynə 2 dəfə qalib gəlib, Slovakiya ilə eyni sayda heç-heçə ediblər. Komandasının sentyabrın 10-da məhz Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, o, istefaya göndərilib. Çünki əslində Laslo hələ sentyabrın 6-da Litvanın Latviyaya 1:2 hesablı səfər məğlubiyyətindən sonra gedişi üçün zəmin hazırlayıb. Həm Latviya, həm də Lixtenşteynlə qarşılaşmalarda “Bakı”nın futbolçuları Deyvidas Çesnauskis və Mindauqas Kalonas da çıxış edib. Latviya, eləcə də Bosniya və Herseqovina ilə son 2 qarşılaşmada yığmaya Laslonun sabiq köməkçisi, latviyalı İqor Pankratyev rəhbərlik edəcək.
       

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner