Zidan: "Özil "Real"da qalmaq üçün savaşmadı"

Zidan: "Özil "Real"da qalmaq üçün savaşmadı"
XƏBƏR 13 Sentyabr 2013 / 01:37 2844
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidan Məsut Özilin komandadan getməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Zidan Özilin komandada qalması üçün çalışmadığını vurğulayıb:

"Özil komandadan getməyə qərar verdi. O, çox yaxşı bir oyunçudur. Məsut üçün hər şeyin ən yaxşısını diləyirəm. Ancaq Özil formasını qorumaq üçün yetərincə istəkli və güclü deyildi. O komandada qalmaq üçün savaşmadı. Eyni vəziyyətdə olan Di Mariya isə çox istəkli idi və savaşaraq komandada qalmağı bacardı".

Qeyd edək ki, Qaret Beylin "Real"a gəlişindən sonra Özil 47 milyon avro müqabilində "Arsenal"a transfer olundu.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner