Özilin atası: "Perez şərəfsizdir"

Özilin atası: "Perez şərəfsizdir"
XƏBƏR 12 Sentyabr 2013 / 14:38 3229
-  A +

"Arsenal"ın yeni tranferi Məsut Özillə "Real" (Madrid) klubunun prezidenti Florentina Perez arasında "soyuq müharibə" davam edir.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə də türk əsilli yarımmüdafiəçinin atası klub prezidenti haqqında sərt fikirlər səsləndirib.

O, Perezin şərəfsiz olduğunu deyib: "O, bizim müqaviləni yeniləmək istəyimizi qəbul etmədi. Bir insanın çox pul qazanması onun şərəfli olduğunu göstərməz. Perez şərəfsizdir".

Qeyd edək ki, bundan əvvəl Madrid klubunun prezidenti Özilin qeyri-peşəkar və qadın düşkünü olduğunu söyləmişdi.

Qarabağ FK
Son xəbərlər
topaz banner