Türkiyə millisinin və "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim İngiltərə mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, "imperator" ləqəbli mütəxəssis 13 əvvəl gizli saxladığı sirrini açıb:
"Məyus olduğum bir şeyi 13 il sonra sizlərə danışmaq istərdim. 2000-ci ildə UEFA kubokunu qazandıqdan sonra yemək yeyərkən futbolçum Popesku mənə "əgər "Fiorentina"ya getməzsən, bu komanda səninlə Çempionlar Liqasını da qazanar" demişdi. Digər futbolçular da eyni sözü deyirdi. Çünki güclü bir komanda idik".
Terim baş məşqçi olmaq qərarını Meksikada verdiyini açıqlayıb: "Futbol oynadığım dönəmdə özümə bunu deyirdim. Karyeramı başa vuranda futbol mənim üçün bitəcək. Dervall isə mənə futboldan uzaqlaşmamağı məsləhət gördü. Ancaq vəziyyəti anlatdım və ayrıldım. Altı ay futboldan uzaq qaldım. Həmin vaxtda 1986-cı ildə Meksikadakı dünya çempionatına dəvət edildim və getdim. Elə orada futbola qayıtmağa qərar verdim. Hər kəs qayıtmağımı istəyirdi. Daha çox qaça bilməzdim".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi