Erik Ramos "İnter"lə oyundan danışdı

Erik Ramos "İnter"lə oyundan danışdı
XƏBƏR 12 Sentyabr 2013 / 01:00 1592
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Erik Ramos “İnter”lə oyun öncəsi klubun rəsmi saytına danışıb.
 
Qol.Az-ın məlumatına görə, paraqvaylı oyunçu rəqibin güclü müqaviməti ilə rastlaşacaqlarını deyib. Həmçinin qeyd  edib ki, "Neftçi"ni təkcə qələbə qane edir:

“İnter” mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Amma təbii ki, 3 xal bizə də hava-su kimi lazımdır. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədir. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner