Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Ukraynanın Xarkov şəhərində sentyabrın 21-də baş tutacaq döyüşdə boksçumuz Belarus idmançısı Aleksandr Abramenko ilə mübarizə aparacaq.
WBO versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olacaq.
35 yaşlı rəqibinin təcrübəli boksçu olduğunu söyləyən F.Məmmədov qarşıdakı döyüşə yüksək səviyyədə hazırlaşdığını və qələbə qazanacağına inandığını deyib.
Qeyd edək ki, A.Abramenko təcrübəli döyüşçü hesab olunur. O, peşəkar boskda 30-dan çox döyüş keçirib və bunlardan 17-də qələbə qazanıb. F.Məmmədovdan fərqli olaraq, A.Abramenko son iki ildə 11 döyüş keçirib. Boksçumuz isə yeddi il fasilədən sonra rinqə qayıtdıqdan sonra cəmi iki döyüş keçirib və hər ikisində qələbə qazanıb.
Xatırladaq ki, F.Məmmədovun oktyabrında 26-da Böyük Britaniyada da reytinq xarakterli döyüşü nəzərdə tutulub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi