Romario Messinin xəstəliyinin adını açıqladı

Romario Messinin xəstəliyinin adını açıqladı
XƏBƏR 10 Sentyabr 2013 / 17:35 5007
-  A +

Dünya futbolunun əfsanəvi oyunçularından olan braziliyalı Romario "Barselona"nın futbolçusu Lionel Messi haqqında maraqlı bir iddiaya ortaya atıb.

Qol.Az-ın məlumatına görə, o "twitter" sosial şəbəkəsi hesabından argentinalı hücumçunun Aspergar sindromuna yoluxduğunu yazıb:

"İspaniya mətbuatında Messinin psixi bir xəstəliyinin olub-olmadığı mübahisə edilir. Atasından öyrəndiyimə görə onun belə bir xəstəliyi yoxdur. Amma Messidə Nyuton və Eynşteyn kimi insanlarda olan Asperger sindromuna rast gəlinib".

Romario eyni zamanda autizmin bir forması olan bu psixoloji pozğunluğun  Messinin utancaq və sosial qabiliyyətlərinin zəif inkişaf etməsinə səbəb olduğunu bildirib: "Narahatlığa baxmayaraq Messi çox yaxşı işlər görür və bu vəziyyət onu pis formada təsir etmir".

Qeyd edək ki, bu sindromlu insanlar normal və yüksək intellektə malik olurlar.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner