"Qızıl top" mükafatına Neymarı layiq görürəm"

"Qızıl top" mükafatına Neymarı layiq görürəm"
XƏBƏR 10 Sentyabr 2013 / 16:38 2650
-  A +

İtaliya millisinin və "Milan"ın gənc hücumçusu Stefan Əl Şaaravi dünyanın ən yaxşı oyunçusu hesab etdiyi futbolçunun adını açıqlayıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu ilki "Qızıl top"a əsas namizədlər Kriştiano Ronaldo, Frənk Riberi və Lionel Messi olsa da, Şaaravi Neymarın bu üç futbolçudan daha yaxşı olduğunu deyib:

"Neymar hazırda dünyanın ən yaxşı oyunçusudur. Onunla birlikdə mart ayında xüsusi bir matçda qarşılaşmışdıq. Topla birlikdə inanılmaz şeylər edir. "Qızıl top" mükafatına onu layiq bilirəm".

Qarabağ FK
Son xəbərlər
topaz banner