"Qalatasaray"a şad xəbər

"Qalatasaray"a şad xəbər
XƏBƏR 10 Sentyabr 2013 / 16:10 4702
-  A +

Avropa Birliyinin (AB) nümayəndəsi Egemen Bağış "Qalatasaray"ın AB-yə məxsus futbolçuların yerli statusda oynaması ilə bağlı istəyinə cavab verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, bu təklifi müsbət qarşıladıqlarını və bunun üçün hüquqi çalışmalara başladıqlarını bildirib:

"Türkiyədə mübahisələrə səbəb olan bu məsələ ilə bağlı biz də araşdırmalar aparırıq. Əslində heç bir türk vətəndaşından AB üzvü ölkələrinin vizası istənilməməlidir. Ancaq çox təəssüf ki, onlar bu reallıqlara fikir vermirlər. Bəzi oyunçularımızın Avropada yerli statusda oynaması ilə bağlı əlimizdə sənədlər var. Bu barədə müraciət edən futbol klublarımız mövcuddur.  Məsələ ilə bağlı danışıqlar davam edir. Yaxın zamanlarda qəti fikrimizi bildirəcəyik".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner