Fatih Terim seçim qarşısında qaldı

Fatih Terim seçim qarşısında qaldı
XƏBƏR 10 Sentyabr 2013 / 14:28 3304
-  A +

"Qalatasaray"ın prezidenti Ünal Aysal baş məşqçiləri Fatih Terim haqqında danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu təcrübəli mütəxəssisə yeni iki illik müqavilə təklif etsə də, bu müqavilə hələlik rəsmiləşməyib.
 
Əvəzində isə Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi ilə may ayında bitəcək sözləşməni uzatmağa çalışır. Yaranmış məsələ ilə bağlı fikirlərini "Hürriyət" qəzetinə bildirən Ü.Aysal Terimin "Qalatasaray"da və ya millidə qalacağı ilə bağlı qərarı türk çalışdırının verəcəyini deyib:

"Terim "Qalatasaray"da qalacam" deyərsə, TFF məşqçi axtaracaq. O, öz seçimini etməlidir. Bu barədə nə bizim, nə də federasiyanın söz haqqı ola bilər. Aramızda böyük mübahisələr yaranmadan bu məsələ həll olunmalıdır". Klub prezidenti həmçinin bildirib ki, Terim qərarını oktyabr ayına kimi açıqlamalıdır: "Çünki belə olacağı təqdirdə hər iki tərəf nə etməli olduğunu əvvəlcədən biləcək".

Qeyd edək ki, TFF-nin baş katibi Emre Alkın son açıqlamasında təcrübəli mütəxəssislə may ayına qədər deyil, 5-10 illik razılığa gəldiyini bildirmişdir. Bu isə mübahisələrə səbəb olmuşdu. 

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner