"Azərbaycan millisini məğlub edə bilərikmi?"

"Azərbaycan millisini məğlub edə bilərikmi?"
XƏBƏR 10 Sentyabr 2013 / 13:17 3751
-  A +

Türkiyə millisinin sabiq futbolçusu Alpay Özalan yığmanın hazırkı vəziyyəti haqqında danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, indiki millinin uğursuz çıxış etdiyini bildirib.

Alpay artıq ölkədə yaxşı futbolçuların üzə çıxmadığını deyib. Bu isə millinin uğursuz çıxışına səbəb olur: "Bizim uğurlarımız 1992-ci ilə dayanır. O zamankı oyunçuları da Fatih Terim üzə çıxarmışdı. 1992-ci ildə Akdeniz oyunlarında çempion, 10 il sonra eyni heyətlə dünya üçüncüsü olduq".

A.Özalan artıq millinin Azərbaycanı belə məğlub edib-etməyəcəyinin dəqiq olmadığını deyib: "Hazırda Azərbaycan millsini məğlub edə bilərikmi deyə düşünürük. Lakin o zaman bizim Hollandiyanı udacağımızdan hər kəs əmin idi".

Onun sözlərinə görə, komandanın sabiq baş məşqçisi Abdullav Avcının belə millinin bu uğrsuz çıxışında heç bir günahı yoxdur: "Çünki Avcının əlində yaxşı bir futbolçu yox idi. Ölkə xaricində oynayan futbolçular da biz eyni duyğunu hiss etmirik. Yanlış başa düşülməsin, amma, İstiqlal marşı oxunur və bunu üç futbolçudan başqa heç kəs oxuya bilmir".

Qeyd edək ki, Alpay 1995-2005-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner