"Barselona"nın prezidenti Sandro Rosell "Real" (Madrid) klubunun 91 milyon avroya heyətinə qatdığı Qaret Beylin transferini dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, TV3-ə danışan klub prezidenti bu məbləğin uelsli yarımmüdafiəçi üçün çox olduğunu bildirib:
"Mən olsaydım, Beylə heç vaxt 100 milyon avro verməzdim. Kataloniya klubunda bu qiymətdə ödəmə mümkün deyil. Versəydik, hər kəs dəli olardı. Madriddə buna icazə verilirsə, hər şey edə bilərlər".
Baş məşqçiləri Xerardo Martinonun bu transferi hörmətsizlik olaraq görməsinə münasibət bildirən Rosell deyib: "Martino istədiyi hər fikri rahatlıqla söyləyə bilməz. Bunu ona çatdıracağıq. Ancaq o, düzgün hesab etdiyini deyən biridir".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi