"Real"ın prezidenti: "Özil qadınlara düşkün idi"

"Real"ın prezidenti: "Özil qadınlara düşkün idi"
XƏBƏR 9 Sentyabr 2013 / 18:46 4075
-  A +

"Real" (Madrid) klubunun prezidenti Florentino Perez bu yay gözlənilməz şəkildə "Arsenal"a transfer olunan Məsut Özil haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, alman yarımmüdafiəçinin Madridə gəldiyi zaman dindar biri olduğunu deyib.
 
Ancaq Perez, futbolçunun bir müddətdən sonra qadınlara düşkün olmağa başladığını bildirib: "Özil peşəkar futbolçu deyildi. Qadınlara düşkün idi, əyləncələri çox sevərdi".

Perez həmçinin türk əsilli oyunçunun atasını acgözlükdə günahlandırıb: "Atası Özil üçün bizim illik 8.5 milyon avro verməyimizi istəyirdi. Buna görə də onu satmaq qərarı verdik".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner