"Qəbələ" hazırlıqlarını davam etdirir

"Qəbələ" hazırlıqlarını davam etdirir
XƏBƏR 9 Sentyabr 2013 / 17:21 1076
-  A +

Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" (2:0) matçından sonra 5 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sentyabrın 6-dan təlim-məşq prosesini davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə bir araya gələn komanda gündəlik iki məşqlə növbəti - VI turda baş tutacaq AZAL - "Qəbələ" oyununa hazırlaşır.

Bu gün keçirilən hazırlıq prosesində "qırmızı-qaralar" əsasən fiziki təmrinlər yerinə yetiriblər. Məşqə toplu çalışmalarla yekun vurulub.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner