Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı
XƏBƏR 9 Sentyabr 2013 / 16:15 2356
-  A +

Sentyabrın 9-dan 19-a qədər Avstriyanın Vyana şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının  təlim-məşq toplanışı təşkil olunacaq.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışdan sonra - sentyabrın 21-dən etibarən yığmamız Avstriyanın Lindabrunn şəhərində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına çıxacaq.

Qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:
 



21 sentyabr, saat 14:00
Xorvatiya - Azərbaycan  
 
23 sentyabr, saat 19:00
Avstriya - Azərbaycan 
 
26 sentyabr, saat 19:00
İsrail - Azərbaycan

Qarabağ FK
Son xəbərlər
topaz banner