Topaz Premyer Liqasının növbəti turunda səfər meydanında "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
Qol.Az-ın məlumatına görə, uzun fasilədən sonra komanda ilə məşqlərə başlayan Pərdis Fərcad-Azad zədəsini tam sağaldıb. Bu barədə futbolçunun özü klubun rəsmi saytına açıqlama verib:
"Futbol üçün çox darıxmışam. Artıq zədəm tam sağalıb. Var qüvvəmlə məşqlərdə hazırlaşıram. Son turda "Rəvan"la görüşdə təxminən 20 dəqiqə meydanda oldum . Düzdür, hələ tam hazır sayıla bilmərəm. Amma yaxın günlərdə əvvəlki formamı bərpa edib qollarımı vurmağa davam edəcəm. Məşqçilər korpusu məsləhət bilsə "Simurq"la görüşdə meydana çıxa bilərəm".
Qeyd edək ki, Pərdis 2012/2013 mövsümündə "Sumqayıt" FK-nun heyətində Topaz Premyer Liqasında 23 oyunda meydana çıxıb (1768 dəqiqə) və 9 qol vurub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi