"İmarət"dəki son qolun müəllifi

"İmarət"dəki son qolun müəllifi
XƏBƏR 9 Sentyabr 2013 / 14:47 2243
-  A +

"Qarabağ" klubunun əfsanələrindən sayılan Yaşar Hüseynovun 50 yaşı tamam olub. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onu həqiqətən də "Qarabağ"ın rəmzi saymaq olar.

Yaşar müəllim karyerasına "Qarabağ"da başlayıb. Karyerası boyunca sadəcə komandanın uğurları üçün tər töküb. Ən çətin məqamda belə gələn sərfəli təkliflərə baxmayaraq "Qarabağ"ı tərk etməyib. Yaşar müəllim 1993-cü ildə Mayın 12-də Ağdamda, "İmarət" stadionunda vurulan sonuncu qolun da müəllifidir. O zaman 1:0-lıq qələbə hələki o torpaqdakı sonuncu oyun kimi tarixdə qalıb.

Yaşar Hüseynov eyni zamanda 1993-cü ildə ilk çempionluq zamanı finalda  "Xəzər"ə (Sumqayıt) vurulan yeganə qola imza atıb. 38 yaşına kimi "Qarabağ"ın uğurları üçün tər tökən solaxay yarımmüdafiəçi 276 dəfə "Qarabağ"ın formasında meydana çıxıb, 34  dəfə qola sevinib.

Karyerasını bitirdikdən sonra əsas komandada məşqçi kimi çalışan, Yaşar müəllum artıq neçə ildir ki, əvəzedici komandaya başçılıq edir. Onun futbolçuları "Qarabağ"ın əsas komandasında və başqa klublarda oynayır.

"Qarabağ" klubu 50 yaşlı yubilyara can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və həyatını həsr etdiyi "Qarabağ"da bol-bol uğurlar qazanmasını arzulayır.

 


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner