"Qalatasaray"la oyunöncəsi "Real"da ciddi itki

"Qalatasaray"la oyunöncəsi "Real"da ciddi itki
XƏBƏR 9 Sentyabr 2013 / 10:19 3401
-  A +

"Real" (Madrid) klubu Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "kral klubu"nun bu yay "Malaqa"dan transfer etdiyi futbolçusu İsko İspaniya millisinin bazasında hazırlıq zamanı zədələnib və Madridə geri dönüb.

21 yaşlı yarımmüdafiəçinin iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Marselo millidə olarkən zədələnmişdi.

Son xəbərlər