Türkiyə millisində üç ciddi itki

Türkiyə millisində üç ciddi itki
XƏBƏR 7 Sentyabr 2013 / 18:40 3910
-  A +

Türkiyə millisi "DÇ-2014"ün seçmə mərhələsində sentyabrın 10-u səfərdə oynayacağı Rumıniya ilə matça ciddi itkilərlə çıxa bilər.

Qol.Az-ın qardaş ölkənin mətbuat orqanına istinadən verdiyi məlumata görə, dünən Andorra ilə qarşılaşmada (5:0) yığmadan Burak Yılmaz, Nuri Şahin və Ümid Bulut zədələnib. Onlar millinin bu günkü məşqinə bu səbəbdən iştirak edə bilməyib.

Hər üç futbolçunun müayinəsinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Rumıniya - Türkiyə matçı senyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər