Van Qal: "Sneyder qar altında qalmış kimi idi"

Van Qal: "Sneyder qar altında qalmış kimi idi"
XƏBƏR 7 Sentyabr 2013 / 15:40 2751
-  A +

Hollandiya millisinin baş məşqçisi  Lui Van Qal futbolçusu Uesli Sneyder haqqında danışıb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, 6 aydır ki, yığmaya dəvət olunmayan yarımmüdafiəçi Georgio Veynaldumun zədələnməsinin ardından milliyə çağırılmışdı.

Sneyderin "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində dünən Estoniya ilə baş tutan matçdakı çıxışını qiymətləndirən təcrübəli mütəxəssis bunları deyib:
 
"Komandanın bir parçası idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdi. Ancaq ikinci hissədə qar altında qalmış kimi idi. Sneyderin ümümilikdə yaxşı oynadığını deyə bilmərəm".

Qeyd edək ki, Estoniya - Hollandiya matçı 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər