3 aylıq fasilədən sonra 2014-cü il dünya çempionatına vəsiqə uğrunda mübarizə yenidən davam edir. Bu axşam Avropa zonası üzrə seçmə qruplarda 25, Asiya, Afrika və Cənubi Amerika qitələrində isə bir seçmə oyun keçiriləcək.
www.etopaz.az bu görüşlərdən birini canlı mərcə çıxarıb. Proqnoz həvəskarları Almaniya - Avstriya matçına həm "tək", həm də canlı mərc edə bilər.
Arxada qalan 6 seçmə oyundan yalnız birində heç-heçə edən Almaniya millisi 16 xalla C qrupuna başçılıq edir. Eyni sayda - hərəyə 11 xal toplamış Avstriya, İsveç və İrlandiya yığmaları isə 2-4-cü yerləri bölüşdürür. Qrup liderliyindən əlini üzən bu "üçlük" pley-offa vəsiqə verən 2-ci yer uğrunda amansız mübarizə aparır. Bu baxımdan Avstriya millisi üçün almanlarla axşamkı oyun xüsusi əhəmiyyət daşıyır. Amma iki alman komandasının (bildiyiniz kimi, Avstriya əhalisinin də böyük qismi almanlardan ibarətdir) duelində Avstriya millisinin şansı demək olar ki, yoxdur. Almaniya əhalisinin "Şərq torpaqları" adlandırdığı Avstriya ilə futbol qarşılaşmalarında üstünlük birmənalı şəkildə Qərbi Almaniyanın xeyrinədir.
Son 10 ildə keçirilən bütün görüşlərdə bundestim Avstriyaya qalib gəlib. Bütün bunları nəzərə alan
www.etopaz.az bu axşam saat 23:45-də başlanacaq qarşılaşmada Almaniya yığmasını açıq-aşkar favorit sayır.
www.etopaz.az saytında Almaniyanın qələbəsi 1.1, heç-heçə 6.0, Avstriyanın qələbəsi isə 12.0 əmsalla dəyərləndirilir. Canlı mərcə qoşulanlar isə həmişəki kimi, qarşılaşmanın axarına və hesaba uyğun olaraq tez-tez dəyişən əmsallarla oynayacaq.
Bu həyəcanı
www.etopaz.az saytı ilə yaşayın, oynayın və qazanın!!!