Dünyanın ən bahalı futbolçusu kimdir?

Dünyanın ən bahalı futbolçusu kimdir?
XƏBƏR 6 Sentyabr 2013 / 16:38 6857
-  A +

"Real" (Madrid) klubunun Qaret Beyli transfer etməsinin ardından "dünyanın bahalı futbolçusu kimdir?" sualı xeyli mübahisələrə səbəb olub.

Qol.Az-ın məlumatına görə, bir çox Britaniya qəzetləri uelsli yarımmüdafiəçi üçün Madrid klubun 100 milyon avro ödədiyini və beləliklə də, ən bahalı oyunçunun Beyl olduğunu yazıb.

Ancaq "Real"ın rəsmi saytı verdiyi açıqlamada 24 yaşlı yarımmüdafiəçinin transferi üçün 91 milyon avro ödənildiyini bildirib.

Bununla da, 2009-cu ildə 96 milyon avro müqabilində "Mançester Yunayted"dən "Kral klubu"na transfer olan Kriştiano Ronaldo dünyanın ən bahalı futbolçusu adını qoruyub.

Qarabağ FK
Son xəbərlər
topaz banner