Bu axşam Avropa qitəsində keçiriləcək 2014-cü il dünya çempionatının seçmə görüşlərdən bir neçəsi
www.etopaz.az saytının proqramına "təkli oyun" statusu ilə daxil edilib. Onlardan ilk olaraq saat 23-də Rumıniya-Macarıstan matçı başlayacaq. D qrupunda yer alan bu komandalar 6 oyunun hamısında qalib gələn Hollandiyaya mane ola bilməyəcəklərni yaxşı başa düşür, bu üzdən bütün gücü 2-ci yeri ələ keçirməyə yönəldib. Hazırda Macarıstanın aktivində 11, Rumıniyanın isə 10 xalı var. 7 xal toplayan qardaş Türkiyə millisi də bu komandaların büdrəməsini səbrsizliklə gözləyir. Rumınlar Macarıstanla keçirdiyi son 4 görüşün üçündə qalib gəlib, bir qarşılaşma isə heç-yekunlaşıb.
www.etopaz.az tərəflərin axşamkı dueli üçün əmsalları belə müəyyənləşdirib:
Rumınıyanın qələbəsi 1.7, heç-heçə 3.2, Macarıstanın qələbəsi 4.0. Bu seçmə mərhələnin sürprizi olan Albaniya millisi də bu axşam ağır oyuna çıxacaq. Albanlar səfərdə qrupun autsayderlərindən olan Sloveniya millisi ilə qarşılaşacaq. 5-ci sırada qərarlaşmasına baxmayaraq Sloveniyanı 2-ci pillədəki Albaniyadan cəmi 4 xal ayırır. Əgər bu axşam slovenlər "doğma divarlar" amilindən faydalanıb qələbə qazanarsa, onda qrupda vəziyyət bir qədər də mürəkkəbləşəcək.
www.etopaz.az proqramında "təkli oyun" kimi yer alan bu qarşılaşmanın əmsalları belədir: Sloveniyanın qələbəsi 1.6, heç-heçə 3.4, Albaniyanın qələbəsi 4.3.
www.etopaz.az saytında "tək oyun" kimi mərc edə biləcəyiniz daha 2 qarşılaşma isə saat 23:45-də başlayacaq. Söhbət İrlandiya-İsveç və Serbiya-Xorvatiya görüşlərindən gedir. Almaniyanın yer aldığı qrupda mübarizə aparan İsveçlə İrlandiyanın hədəfi eynidir - qrup ikincisi olub pley-off mərhələsinə vəsiqə qazanmaq. Bu məqsəd uğrunda Avstriya yığması da çarpışır. Avstriyalıların bu axşam böyük ehtimalla Almaniyaya uduzacağını nəzərə alsaq, İrlandiya-İsveç duelinin əhəmiyyəti artır. Qalib tərəf 2-ci pilləni ələ keçirəcək.
www.etopaz.az döyüşkən irlandlarla soyuqqanlı isveçlilərin dueli üçün bu əmsalları təklif edir: İrlandiyanın qələbəsi 2.7, heç-heçə 3.1, İsveçin qələbəsi 2.2.
Serbiya-Xorvatiya görüşünə gəlincə, birincilər mundiala yollanmaq şansını praktiki olaraq itirib. Çünki serblər 2-ci pillədə yer alan Xorvatiyadan 9, qrup lideri Belçikadan isə 12 xal geri qalır. Bununla belə, Xorvatiyaya qarşı istənilən oyun serblər üçün ölüm-dirim xarakterlidir. Bu iki dövlət və millət arasında soyuq münasibətlər, 90-cı illərin "sağalmayan yaraları" həmişəki kimi axşamkı oyuna da əlavə gərginlik qatır. Çılğınlığıyla seçilən serb və xorvat fanatların qarşısını almaq üçün Serbiya polisi çox əziyyət çəkməli olacaq. Yəqin ki, Serbiya Xorvatiyadan martda Zaqrebdə qeydə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün bütün gücünü ortaya qoyacaq. Müharibə qoxulu bu matç üçün
www.etopaz.az saytının müəyyənləşdirdiyi əmsallar: Serbiyanın qələbəsi 2.3, heç-heçə 3.2, Xorvatiyanın qələbəsi 2.45.
Gecənin sonuncu "təkli oyunu" isə saat 12-də başlanacaq. A qrupunun lideri Belçika yığması 5 xalla 5-ci yeri tutan Şotlandiyanın qonağı olacaq. Komandaların hazırki durumu
www.etopaz.az saytının bu oyun üçün təklif etdiyi əmsallarda da əksini tapıb. Meydan sahibi Şotlandiyanın bu matçda qələbəsi 4.5, heç-heçə 3.5, Belçikanın qələbəsi 1.55 əmsalla dəyərləndirilir.
Beləliklə, bu gecənin futbol keyfini
www.etopaz.az saytı ilə yaşaya bilərsiniz. Futbolun harada oynanılmağından asılı olmayaraq, pulu yalnız
www.etopaz.az saytında qazana bilərsiniz. Bol şanslar!!!