Kasilyas La Liqanın oyunlarında forma geyinməyəcək

Kasilyas La Liqanın oyunlarında forma geyinməyəcək
XƏBƏR 6 Sentyabr 2013 / 13:28 3227
-  A +

Uzun müddətdir ki, forma geyinə bilməyən Madrid "Real"ının qapıçısı İker Kasilyas yenidən klubuna kömək edə biləcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlki açıqlamalarında Dieqo Lopezi əsas qapıçı olaraq gördüyünü deyən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti maraqlı bir addım atıb.

O, Kasilyasın Çempionlar Liqası və İspaniya kubokunda, Lopezin isə La Liqada oynayacağını deyib: "Kasilyas peşəkar qolkierdir və klubun kapitanı olduğu üçün hörmətə layiqdir. Vəziyyəti ona danışdım. Bu mövsüm iki qapıçıya da ehtiyacımız var və hər ikisi forma geyinəcək".

Bununla da, yanvar ayından Madrid klubunda forma geyinə bilməyən Kasilyas ÇL-də "Qalatasaray"la matçda oynayacaq.

Qarabağ FK
Son xəbərlər
topaz banner