Məşqçilərimiz rəqiblərimizin oyununu izləyəcək

Məşqçilərimiz rəqiblərimizin oyununu izləyəcək
XƏBƏR 6 Sentyabr 2013 / 12:41 1259
-  A +

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin F qrupunda sentyabrın 10-da Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Şimali İrlandiya oyununu Aslan Kərimov, həmin gün Sankt-Peterburq şəhərində keçiriləcək Rusiya - İsrail qarşılaşmasını isə Nazim Süleymanov izləyəcək.

Qol.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner