"Bakı" Fransada ilk məşqinə çıxdı (VİDEO)

"Bakı" Fransada ilk məşqinə çıxdı (VİDEO)
VİDEO 6 Sentyabr 2013 / 01:40 2143
-  A +

Ötən gün “Bakı”nın U-15 komandası Fransanın “Lans” klubunun təlim-məşq bazasında ilk məşqini keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqdən öncə komandanın oyunçularına “Lans”ın oyun forması hədiyə olunub.
 
Qeyd edək ki, futbolçular hədiyə olunmuş formalarda məşqə çıxıb. Təlim-məşq “Lans” U-15 komandasının baş məşqçisi Herve Arsene rəhbərliyi altında keçirilib. İlk təlim texniki xarakter daşıyıb.
 
Məlumat üçün bildirək ki, məşqlərin gündə iki dəfə keçirilməyi planlaşdırılır. Təlimlərdə əsasən texniki və taktiki cəhətlərə diqqət yetiriləcəkdir.
 
Əlavə edək ki, komandanın nümayəndələri bu gün axşam yerli vaxtla saat 19:00-da “Lans”ın Akademiyasında “Lans” və Belçikanın 1-ci liqasının “Mons” komandaları arasında təşkil olunacaq dostluq oyununu izləyəcək.



Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır