Topaz Premyer Liqasında 5-ci turun statistik göstəriciləri açıqlanıb.
InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən turun rəmzi yığması aşağıdakı kimidir:
Qapıçı: Cahangir Həsənzadə (AZAL)
Müdafiəçilər: Aleksandr Şemonayev (AZAL), Rəşad Sadıqov (Qarabağ), Oskars Klava (AZAL), Branislav Arsenyeviç (AZAL)
Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Lorenzo Ebesilio (Qəbələ), Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı)
Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq)
Bu tur topa ən çox sahib olan komanda "Qarabağ", ən çox hücum təşkil edən isə "Xəzər Lənkəran" olub. Ağdam təmsilçisi, həm də dəqiq ötürmələrin sayında liderdir. "Rəvan" futbolçuları 9 dəfə oyundan kənar vəziyyətə düşüblər.
Təkbətək mübarizələrdə "Qəbələ" futbolçuları daha yaxşı nəticə göstəriblər. "Sumqayıt" klubu isə bu tur ən çox top itkisinə yol verən komandadır.
Turun ən yaxşı oyunçusu "Bakı" klubunun hücumçusu Rauf Əliyevdir. "Qarabağ"ın gənc müdafiəçisi Bədavi Hüseynov isə dəqiq ötürmələrin sayında fərqlənib. "Qəbələ"li Lorenzo Ebesilio ən çox driblinq edən, komanda yoldaşı Rail Məlikov isə rəqibdən ən çox top alan futbolçudur.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı