Məsut Özil "Arsenal"ı seçməsinin səbəbini açıqladı

Məsut Özil "Arsenal"ı seçməsinin səbəbini açıqladı
XƏBƏR 6 Sentyabr 2013 / 00:01 4205
-  A +

"Arsenal"ın yeni transferi Məsut Özil London klubunu seçməsinin səbəbləri haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, alman yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Premyer Liqa təmsilçisinin çox böyük klub olduğunu deyib:

"Arsenal"ı seçdim, çünki  İngiltərənin ən böyük klublarının birində forma geyəcəm. Eyni zamanda dünyanın ən yaxşı baş məşqçisi Arsen Vengerlə çalışacam. O, bir çox ulduz futbolçular yetişdirib. Onun varlığı da qərarımı verməyə çox böyük təsir etdi".

Özil həmçinin bildirib ki, London klubunun oyun sisteminə çox yaxşı uyğunlaşacaq: "Arsenal" da hücum futbolu oynayır və bu, mənə çox uyğundur. Son illərdə istənilən uğurları əldə etməyə bilərlər. Bu şanssızlığı qırmaq və kuboklar qazanmaq istəyirik. "Arsenal" istənilən uğurları əldə edə biləcək klubdur".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner