Fabreqas: "Mançester Yunayted" qazancımın üç qatını versəydi..."

Fabreqas: "Mançester Yunayted" qazancımın üç qatını versəydi..."
XƏBƏR 5 Sentyabr 2013 / 18:05 3074
-  A +

"Barselona" klubunun futbolçusu Sesk Fabreqas maraqlı açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, "Mançester Yunayted"in ona Kataloniya klubunda qazandığının üç qat artığını versəydi belə, heç bir yerə getməyəcəyini deyib:

"Mən "Barsa"da oynamaq üçün öz cibimdən çox pul ödədim, fədakarlıq etdim. "Arsenal"da daha çox qazanırdım, amma Kataloniya klubu mənim uşaqlıq xəyallarım idi. "MY" ilə heç danışıqlarım olmadı. Əgər bir komanda səni istəyirsə, əvvəlcə klubla görüşməlidir. İngiltərə klubu mənə rəsmi təklif göndərdi. Ancaq onlar mənə burada qazandığımın üç qat artığını versəydilər də, "Barsa"dan getməyəcəkdim".

Qeyd edək ki, "MY" Fabreqas üçün 30 və 35 milyon funt-sterlinq dəyərində təklif göndərsə də, hər iki təklif rədd edilmişdi.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner