"Ehtiyat oyunçular skamyasında oturmaqdan qorxdum"

"Ehtiyat oyunçular skamyasında oturmaqdan qorxdum"
XƏBƏR 5 Sentyabr 2013 / 15:09 2713
-  A +

Bu yay "Bavariya"dan "Fiorentina"ya transfer olan Mario Qomez maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan 28 yaşlı hücumçu Madrid "Real"ının da onunla maraqlandığını deyib:

"Bundan qürur duydum. Çünki bütün ailəm Madrid klubu dəstəkləyirdi. Ancaq təklifi mədəni formada rədd etdim və "Fiorentina"ya gəlmək istədiyimi söylədim".

Qomez "Real"ın bu təklifini qəbul etməməyini belə əlaqələndirib: "Madriddə ehtiyat oyunçular skamyasında oturmaqdan qorxdum".


Qarabağ FK
Son xəbərlər
topaz banner