Beyl: "Ronaldo dünyanın ən yaxşısıdır"

Beyl: "Ronaldo dünyanın ən yaxşısıdır"
XƏBƏR 5 Sentyabr 2013 / 11:22 2629
-  A +

"Real" (Madrid) klubunun yeni transferi Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, uelsli futbolçu Ronaldonu dünyanın ən yaxşısı adlandırıb:

"Hazırda yaxşı formadayam və meydana çıxmaq üçün səbirsizlənirəm. Növbəti oyunumuz kiminlədi? "Xetafe" - daha nə lazımdır? Əla oyun olacaq. "Real"da məşqçi Zidan, Ronaldo və digər komanda yoldaşlarımla tanışmağı səbirsizliklə gözləyirəm. Ronaldo dünyanın ən yaxşı futbolçusudur".

Qeyd edək ki, Beyl 100 milyon avro müqabilində "Tottenhem"dən "Real"a transfer olunub.


Qarabağ FK
Son xəbərlər
topaz banner