Daha bir ulduz futbolçu karyerasını başa vurdu

Daha bir ulduz futbolçu karyerasını başa vurdu
XƏBƏR 5 Sentyabr 2013 / 10:38 2646
-  A +

Alman futbolunun son illərdə yetişdirdiyi ən önəmli oyunçularından biri olan Tomas Hitzsperger futbolçu karyerasını başa vurub.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin futboldan tez getməsinə ard-arda zədələnməsi səbəb olub.

Zədə səbəbindən bir müddətdir ki, forma geyinə bilməyən Hitzsperger bu qərarı vermək üçün bir neçə gün düşünüb: "Artıq əminəm ki, futbol oynamayacam. Başqa işlərlə məşğul olmağın vaxtıdır".

Qeyd edək ki, "Ştuttqart"dakı çıxışı ilə diqqətləri özünə cəlb edən alman yarımmüdafiəçi karyerası ərzində "Aston Villa", "Latsio", "Vest Hem", "Volfsburq"da oynayıb. Onun son klubu "Everton" olub. Almaniya millisində 52 dəfə forma geyən Hitzsperger 6 qol vurub.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner