"Milan"ın iştirak ərizəsində ciddi səhv

"Milan"ın iştirak ərizəsində ciddi səhv
XƏBƏR 4 Sentyabr 2013 / 14:43 2914
-  A +

Çempionlar Liqasında H qrubunda mübarizə aparacaq "Milan" UEFA-ya göndərdiyi iştirak ərizəsində ciddi səhvə yol verib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, İtaliya klubundan futbolçular siyahısını təqdim edən Umberto Qandini Stefan El Şaaravini A siyahısına yazmaqla, komandanın digər futbolçusu Mbay Niyanqı qruplarda oynamaq şansından məhrum edib.

UEFA qaydalarına əsasən 15 ilə 21 yaş arasındakı futbolçular klublarında iki ildən daha artıq forma geydikləri təqdirdə A siyahısının əvəzinə B siyahısında yer ala bilirlər. Şaaravi B siyahısında yazılsaydı, Niyanq A siyahısında olaraq forma geyinə biləcəkdi.

Klubun nümayəndəsi Qandi etdiyi bu hərəkətə görə üzr istəyib. Bununla da, Nianqın "Barselona", "Ayaks" və "Seltik"lə matçlarda iştirak etməyəcəyi dəqiqləşib.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner